Bank Of Baku

Yeni Azərbaycan Partiyası Milli Qurtuluş Günü ilə bağlı konfrans keçirib

Yeni Azərbaycan Partiyası Milli Qurtuluş Günü ilə bağlı konfrans keçirib
# 14 iyun 2008 11:01 (UTC +04:00)
YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Heydər Əliyev 1993-cü ildə Bakıya qayıdaraq Azərbaycanın inkişafı üçün etibarlı bünövrə qurub. O, Milli Qurtuluş Gününün sabitlik, sürətli iqtisadi inkişaf və xalqın sosial rifahının yaxşılaşması üçün əsas yaratdığını vurğulayıb: “Ən əsası, Heydər Əliyev Azərbaycanı demaqoq hakimiyyətdən xilas etdi. Ona görə də builki prezident seçkilərində xalq Heydər Əliyev yolunu inamla davam etdirən İlham Əliyevə səs verəcək və bununla da sürətli inkişaf yoluna “hə” demiş olacaq”. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 15 il əvvəl Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu söyləyib: “O zaman hər bir vətəndaş ölkənin gələcəyinin necə olacağını düşünürdü. Xalq çıxış yolunu yalnız Heydər Əliyevdə görürdü”. Millət vəkili Fəttah Heydərov da deyib ki, bugünkü inkişafa görə Azərbaycan xalqı H. Əliyevə minnətdar olmalıdır. Millət vəkili Nizami Xudiyev 1993-cü ildə yeni yaranmış Azərbaycan dövlətinin bacarıqsız rəhbərlik üzündən dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edib. O, Bakı küçələrinin birinə “15 İyun” və ya “Qurtuluş” adı verilməsi təklifini irəli sürüb. Konfransda millət vəkili Bəxtiyar Əliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavin Aynur Sofiyeva da mövzu ətrafında çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR