Bank Of Baku

Bakıda NATO Həftəsi çərçivəsində keçiriləcək tədbirlər açıqlanıb

Bakıda NATO Həftəsi çərçivəsində keçiriləcək tədbirlər açıqlanıb
# 14 iyun 2008 12:16 (UTC +04:00)
Bakı APA. İyunun 16-27-də Bakıda növbəti NATO Həftəsi keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq 5 ildir Bakıda keçirilən NATO Həftəsi Azərbaycan Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə təşkil edilir. NATO ilə bağlı müxtəlif tədbirləri özündə birləşdirən bu həftənin keçirilməsində başlıca məqsəd ölkə ictimaiyyətinin Şimali Atlantika Müqaviləsi Təşkilatı və onun avroatlantika məkanının təhlükəsizliyinin təminatında oynadığı rol, eləcə də Azərbaycanın NATO ilə münasibətləri haqqında məlumatlandırılmasından ibarətdir. Həftə çərçivəsində ilk olaraq NİSA-nın (Azərbaycan-NATO Beynəlxalq Məktəbi) növbəti yay sessiyası keçiriləcək. “Böhranların idarə edilməsi” mövzusuna həsr olunacaq sessiyada Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, NATO, ATƏT, BMT, Avropa Birliyi, İsveç, ABŞ, Türkiyə, Latviya və Əfqanıstandan olan ekspertlər çıxış edəcəklər. Həftə ərzində NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Jan Fransua Büro Azərbaycana gələcək. O, “Azərbaycanın avroatlantik regiona inteqrasiyası və demokratik seçkilər” mövzusunda keçiriləcək konfransda çıxış edəcək, bir sıra dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Qonağın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dəyirmi masa formasında görüşü də nəzərdə tutulub. Bundan başqa, iyunun 26-27-də Bakıda “NATO/SNT Etimad Fondları” seminarı da keçiriləcək. Seminara NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR