Bank Of Baku

ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi sabah Azərbaycana gələcək

ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi sabah Azərbaycana gələcək
# 15 iyun 2008 09:22 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Sabah ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Yeva Biaudet Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, tanışlıq xarakteri daşıyan səfər iyunun 20-dək davam edəcək. Yeva Biaudet Azərbaycanda traffikinqə qarşı mübarizənin təşkili ilə tanış olacaq və ATƏT-in Bakı Ofisinin tədbirlərində iştirak edəcək. ATƏT təmsilçisinin Azərbaycanın rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşləri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR