Bank Of Baku

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək
# 15 iyun 2008 10:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası iyunun 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyinin piketə icazə verməməsinə baxmayaraq, Müsavat bu piketi keçirməkdə israrlıdır. O, partiya Divanının sabah keçiriləcək iclasında məsələnin bir daha müzakirə olunacağını qeyd edib. Aksiyanın saat 12.00-da başlaması nəzərdə tutulub. Piketdə BŞİH-nin sərbəst toplaşmaq azadlığına əməl etməməsi pislənəcək. G. Aslanlı bildirib ki, partiya mayın 4-nə və 18-nə mitinq təyin etsə də, şəhər rəhbərliyi həmin aksiyaların partiya tərəfindən müəyyənləşdirilmiş yerdə keçirilməsinə icazə verməyib və tədbirin Bibiheybətdə yerləşən stadionda keçirilməsini tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR