Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Müxalifət üçün seçkidə iştirakın və boykotun eyni dərəcədə perspektivi yoxdur”

Qulamhüseyn Əlibəyli: “Müxalifət üçün seçkidə iştirakın və boykotun eyni dərəcədə perspektivi yoxdur”
# 15 iyun 2008 10:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müxalifətin prezident seçkilərini həm boykot etməsinin, həm də bu seçkilərdə iştirakının perspektivi yoxdur. Üçüncü bir yol olmadığından bu iki pis variantın içərisindən az da olsa yaxşısı seçilməlidir”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, blokda seçkilərdə iştiraka tərəfdar olanlar da var. Buna baxmayaraq, o, əksəriyyətin boykot tərəfdarı olduğunu deyib və nəticənin də blokun qərarından asılı olacağını qeyd edib. Q. Əlibəyli bildirib ki, gələn ay blokun Məclisinin toplantısının keçiriləcək və seçkilərin boykot edilməsi ilə bağlı blokun siyasi qərarı müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR