Bank Of Baku

Bakıda “Azərbaycanda NATO həftəsi” keçirilir

Bakıda “Azərbaycanda NATO həftəsi” keçirilir
# 16 iyun 2008 09:22 (UTC +04:00)
Səfir gələcək təhlükələrin qarşının alınması üçün təhlükəsizlik konsepsiyasının qəbul edilməsinin vacibliyini vurğulayıb, digər təşkilatlarla müqayisədə, təhlükəsizlik və əminamanlığın bərqərar olmasında NATO-nun daha mühüm rol oynaya biləcəyini deyib. Diplomat ölkəsinin Qafqazın təhlükəsizliyində, bu regionun Mərkəzi Asiya ilə daha sıx əlaqə qurmasında maraqlı olduğunu diqqətə çatdırıb. “Türkiyə bilir ki, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ problemidir” deyən H. Kılıç ölkəsinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli variantını dəstəklədiyini vurğulayıb.
Tədbirdə çıxış edən NATO-nun Əməliyyatlar Bölməsinin Planlaşdırma şöbəsinin rəhbəri Dieqo Ruis Palmer isə böhranlı vəziyyətlərlə mübarizənin NATO-nun əsas vəzifələrindən biri olduğunu bildirib. Azərbaycanı NATO-nun vacib və aktiv tərəfdaşı adlandıran D. R. Palmer Azərbaycanın böyük enerji resurslarına malik olduğunu diqqətə çatdırıb: “Bu isə təhlükəsizlik baxımından vacib amildir. NATO təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlıqdan məmnundur”.
Qeyd edək ki, “Azərbaycanda NATO həftəsi” iyunun 21-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR