Bank Of Baku

Rauf Qurbanov Ukrayna Kommunist Partiyasının 42-ci qurultayında iştirak edəcək

Rauf Qurbanov Ukrayna Kommunist Partiyasının 42-ci qurultayında iştirak edəcək
# 17 iyun 2008 08:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinə rəhbərlik edən Rauf Qurbanov iyunun 20-də Ukrayna Kommunist Partiyasının 42-ci qurultayında və Kommunist Partiyaları İttifaqının (KPİ) İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün Kiyevə 6 günlük səfər edəcək. AKP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Qurbanov səfər çərçivəsində kommunist partiyalarının rəhbərləri ilə və o cümlədən Ukrayna parlamentində kommunist deputat fraksiyasının üzvləri ilə görüşəcək, iyunun 24-də isə KPİ İcraiyyə Komitəsinin iclasına qatılacaq. Partiya sədrinin Rusiya Federasiyası Kommunist Partiyası sədri Gennadi Züqanovla da təkbətək görüşü planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR