Bank Of Baku

Almaniya “Şərq tərəfdaşlığı” layihəsini dəstəkləyir

Almaniya “Şərq tərəfdaşlığı” layihəsini dəstəkləyir
# 17 iyun 2008 08:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Almaniya Polşa və İsveçin “Şərq tərəfdaşlığı” təşəbbüsünü dəstəkləyir. APA-nın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, bunu Almaniyanın federal kansleri Angela Merkel Qdanskda Polşanın baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında deyib. O, təşəbbüsü tamamilə dəstəklədiyini bildirib: “Hesab edirəm ki, şərqdəki qonşularımızın qonşuluq siyasətinə qoşulması bizim hamımız üçün böyük əhəmiyyət daşıyır”. D. Tusk bu bəyanatı eşitməkdən məmnun olduğunu söyləyib: “Bu , o deməkdir ki, Avropa Komissiyasının yaxın iclasında bütün Avropa Birliyi üçün vacib olan bu layihə fakta çevriləcək. Bu layihənin həyata keçməsi Avropa Birliyi ölkələri ilə layihədə iştirak edən ölkələr arasında viza rejiminin ləğv olunmasına, azad iqtisadi zonanın yaradılmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” Avropa Birliyi ilə Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlıq forumunun yaradılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR