Bank Of Baku

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirməyə cəhd göstərib YENİLƏNİB

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirməyə cəhd göstərib  <font color=red>YENİLƏNİB</font>
# 17 iyun 2008 11:05 (UTC +04:00)
Təyin olunan vaxtda təxminən 25 müsavatçı “İçərişəhər” metro stansiyasından çıxaraq BŞİH-in binasına doğru irəliləməyə çalışıb. Lakin polislər onların binaya yaxınlaşmasına imkan verməyiblər. 13 piket iştirakçısı polislər tərəfindən saxlanılaraq 9 saylı polis bölməsinə aparılıb. Saxlanılanlar arasında “Yeni Müsavat” qəzetinin foto-müxbiri Əfqan Muxtarlı və partiyanın Məclis üzvü, Səbayel rayon təşkilatının sədri Hüseyn Məlikov da olub. Aksiyanın qətnaməsinin oxunmasına isə imkan verilməyib. Jurnalistlərə təqdim olunan qətnamədə Konstitusiyaya və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əməl edilməsi, Müsavat Partiyasının mitinq və küçə yürüşləri keçirməsinin təmin olunması tələb edilib.
Aksiyanı müşahidə edən ATƏT-in Bakı ofisinin siyasi və hərbi məsələlər üzrə əməkdaşı Con Makqreqor bildirib ki, aksiya iştirakçılarının saxlanılması üçün hüququ əsas olmalıdır. “Hazırda isə insanların saxlanılması üçün hüquqi bazanın olub-olmaması barədə söz demək tezdir. Hazırda biz yalnız prosesi müşahidə edirik”. Səbayel RPİ-nin rəis müavini Kamal Vəlişov isə jurnalistlərə bildirib ki, partiya üzvləri qanunsuz piket keçirməyə cəhd göstərdikləri üçün ərazidən uzaqlaşdırılıblar.
Səbayel RPİ-nin 9 saylı polis bölməsindən APA-ya verilən məlumata görə, bölməyə gətirilən 10 aksiya iştirakçısı şifahi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR