Bank Of Baku

Azərbaycanın baş naziri Kazana rəsmi səfərə gedib

Azərbaycanın baş naziri Kazana rəsmi səfərə gedib
# 17 iyun 2008 09:41 (UTC +04:00)
APA-nın məlumatına görə, iki gün davam edəcək səfərin proqramına Tatarıstan rəhbərliyi, Kazan meri ilə danışıqlar, Azərbaycan-Tatarıstan hökumətlərarası komissiyanın ikinci iclasında iştirak etmək, Arsk rayonunda “Ak Bars-aqro” aqrar-sənaye kompleksi, Kazan Vertolyot Zavodu, yüksək texnologiyalı tibbi yardımın göstərilməsi ilə bağlı mütəxəssislərin hazırlanması üzrə federal təhsil-metodik mərkəzlə tanışlıq daxildir. A. Rasizadə, həmçinin Xalqlar Dostluğu Evində Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirəcək.
Qeyd edək ki, hökumətlərarası komissiyaya Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Komissiyanın iclası ilə baş nazirin səfəri eyni vaxta təsadüf etdiyindən A. Rasizadə həmin iclasa da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR