Bank Of Baku

Ana Vətən Partiyasının qurultayı keçirilib

Ana Vətən Partiyasının qurultayı keçirilib
# 17 iyun 2008 11:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Ana Vətən Partiyasının (AVP) V qurultayı keçirilib. APA-nın məlumatına görə, sədr Fəzail Ağamalı hesabat xarakterli məruzə edib və partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Prezident seçkisində AVP-nin qarşısında duran vəzifələr və fəaliyyət istiqamətlərinə toxunan F. Ağamalı bildirib ki, partiya YAP-la müttəfiqliyini davam etdirəcək və İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək. O, Azərbaycanda İ. Əliyevə alternativ siyasətçi olmadığını bəyan edib. Sonra bu ilin payızında keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə təklif müzakirəyə çıxarılaraq yekdilliklə qəbul olunub. Qurultayda partiyanın rəhbər orqanlarına seçki keçirilib. Fəzail Ağamalı açıq səsvermə nəticəsində yenidən AVP-nin sədri seçilib.
Qeyd edək ki, YAP icra katibi Əli Əhmədov, BAXCP sədri Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, VHP sədri Sabir Rüstəmxanlı, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qurultayda qonaq qismində çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR