Bank Of Baku

“Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar” kitabının təqdimatı keçirilib

“Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar” kitabının təqdimatı keçirilib
# 17 iyun 2008 11:39 (UTC +04:00)
Nəşrin elmi məsləhətçisi Əli Həsənov, rəyçi isə Yaqub Mahmudovdur. Kitabda Azərbaycanın tarixində, taleyində, milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayan qadınlardan bəhs olunur. Nəfis tərtibatla nəşr edilən kitabda Tomris, Nüşabə, Əleykə Könüldaş, Sara Xatun, Tutu Bikə, Pərixan xanım, Bəyim xanım, Xurşud Banu Natəvan, Zərifə Əliyeva, Mehriban Əliyeva və digər xanımların həyat və fəaliyyəti haqqında məlumatlar toplanıb. Məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunub.
Təqdimetmə mərasimində Prezidentin İcra Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edərək belə bir kitabın hazırlanmasını yüksək qiymətləndirib. Ə. Həsənov Azərbaycan tarixində mühüm rol oynayan xanımlara həsr olunmuş kitabın hazırlanmasını yeni və orijinal ideya adlandırıb. Dövlət rəsmisi müasir dövrdə Azərbaycan qadınlarının beynəlxalq miqyasda tanındığını, onların ölkənin inkişafı istiqamətində mühüm xidmətlər göstərdiyini qeyd edib. Kitabın müəlliflərindən Məlahət Həsənova isə bildirib ki, kitabda dünya insanına məhəbbətin, ləyaqətin və cəsarətin gözü ilə baxan Azərbaycan qadınından söz açılır, adı milli dövlətçilik tarixinə qızıl hərflərlə yazılan görkəmli qadın xadimlərdən bəhs edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR