Bank Of Baku

Prezident İlham Əliyev Fransa-Azərbaycan dostluq qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransa-Azərbaycan dostluq qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 17 iyun 2008 12:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev iyunun 17-də Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Dümonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə nümayəndə heyətinin iştirak edəcəyi Azərbaycan Parlamentinin 90 illik yubiley tədbirinə toxunulub, ölkənin müstəqillik tarixindən danışılıb.
Ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirilən görüşdə Fransa-Azərbaycan dostluq qrupunun əməkdaşlığın daha da genişlənməsi işində öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR