Bank Of Baku

“Azadlıq” blokunun üzvü: “Müsavat Partiyası kütləvi aksiyalar məsələsində gecikib”

“Azadlıq” blokunun üzvü: “Müsavat Partiyası kütləvi aksiyalar məsələsində gecikib”
# 17 iyun 2008 12:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “İndi mitinq keçirmək vaxtıdır, amma Müsavat Partiyası hələ piket keçirir. Onlar kütləvi aksiyalar məsələsində gecikiblər”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Müsavat Partiyasının bu gün keçirdiyi piketə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Müsavat seçkilərdə iştirak etmək qərarı vermiş partiya olaraq kütləvi aksiyalara hələ xeyli müddət əvvəldən başlamalı idi: “Müsavat və seçkilərdə iştirak edən digər partiyalar 2003-də seçkiyə hələ xeyli qalmış kütləvi aksiyalara başlamışdı. Bununla belə, yenə də məğlub oldular”. “Azadlıq” blokunun isə seçkiləri boykot etdiyini deyən Ə. Əliyev bu barədə rəsmi qərardan sonra kütləvi aksiyalar keçirəcəklərini vurğulayıb: “Bu aksiyalarda seçkilərin azad və ədalətli keçirilməsi, seçki komissiyalarının tərkibinin dəyişməsi tələblərini irəli sürəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR