Bank Of Baku

BAXCP və “Xalq Cəbhəsi” qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub

BAXCP və “Xalq Cəbhəsi” qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub
# 17 iyun 2008 12:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının və “Xalq Cəbhəsi” qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub”. Bu sözləri APA-ya açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev deyib. Ancaq onun sözlərinə görə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə müqavilənin vaxtı hələlik rəsmi şəkildə uzadılmayıb: “Biz əvvəlcədən də demişdik ki, təmirə görə binanı tərk etməyimizə zərurət yoxdur. Onsuz da bina mərtəbə-mərtəbə təmir olunur”.
Qeyd edək ki, hazırda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşən BAXCP-nin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarə müqaviləsinin müddəti bu il iyunun 19-da başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR