Bank Of Baku

Azərbaycan prezidenti Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

Azərbaycan prezidenti Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
# 17 iyun 2008 14:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 17-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla və sürətlə inkişaf etdiyi bildirilib.
İkitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət daşıdığı qeyd olunan görüşdə iki ölkə parlamentlərinin istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli formatda çox sıx əməkdaşlıq etdiyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR