Bank Of Baku

Azərbaycan parlamentinin 90 illik yubileyi ilə bağlı mərasimdə 10 ölkənin parlament sədrləri iştirak edəcək

Azərbaycan parlamentinin 90 illik yubileyi ilə bağlı mərasimdə 10 ölkənin parlament sədrləri iştirak edəcək
# 17 iyun 2008 14:16 (UTC +04:00)
APA-nın məlumatına görə, yığıncaqda 40-a yaxın ölkədən 200-ə yaxın qonaq iştirak edəcək. Türkiyə, Türkmənistan, Gürcüstan, Polşa, Qazaxıstan, Rumıniya, Moldova, Pakistan, Belarus və Mərakeş parlamenti sədrləri səviyyəsində, 17 ölkə isə sədr müavinləri səviyyəsində təmsil olunacaq. Milli Məclisin mətbuat katibi Akif Nəsirov bildirib ki, yubiley tədbirləri çərçivəsində Bakıya gəlmiş parlamentlərarası dostluq qrupları arasında müxtəlif görüşlər keçiriləcək. Qonaqlar üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Yubileylə bağlı Milli Məclisin tarixini əks etdirən xüsusi bülleten nəşr olunub. Üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunmuş bülleten qonaqlara paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR