Bank Of Baku

Müsavat Partiyası piketləri davam etdirəcək

Müsavat Partiyası piketləri davam etdirəcək
# 17 iyun 2008 15:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası kütləvi aksiyaları davam etdirmək fikrindədir. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, bu məsələ partiyada müzakirə olunur və növbəti aksiyanın vaxtı yaxın günlərdə müəyyənləşəcək. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirməkdə əsas məqsəd ölkə və beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etmək olub. O, şəhər İcra Hakimiyyətinin binası qarşısında yeni piketlərin keçiriləcəyini istisna etməyib: “Biz yaxın zamanlarda bu tipli aksiyaları davam etdirəcəyik və aksiyaların miqyasını genişləndirməyi düşünürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR