Bank Of Baku

Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
# 17 iyun 2008 15:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. Xarici işlər naziri Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə,
Xanım H. Sinqer fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda baş verən bir sıra dəyişikliyin şahidi olduğunu qeyd edərək, uşaq hüquqlarının müdafiəsi sahəsində əldə edilmiş uğurları yüksək qiymətləndirib. Qonaq xüsusilə insan potensialının inkişafı indeksinin yüksəlməsi, uşaq ölümünün azalması, dövlət tərəfindən uşaqların sosial rifahının qaldırılması, təhsilin və savadlılığın artırılması, uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlərin ölkənin statusuna müsbət təsir etdiyini bildirib və Azərbaycanı artıq bu sahədə model ölkə kimi qiymətləndirib.
Öz növbəsində, E. Məmmədyarov cəmiyyətin inkişafı üçün insan kapitalının vacib faktor olduğunu və bu istiqamətə hökumətin xüsusi diqqət ayırdığını bildirərək, təhsil və sosial islahatlara vacib əhəmiyyət verildiyini diqqətə çatdırıb. Nazir Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı fəsadlar haqqında da danışıb, UNİCEF-in qaçqınlarla bağlı gördüyü işləri təqdirəlayiq hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR