Bank Of Baku

Fuad Ələsgərov: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus məsələsindən alver predmeti kimi istifadə etməyə cəhd göstərir”

Fuad Ələsgərov: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus məsələsindən alver predmeti kimi istifadə etməyə cəhd göstərir”
# 18 iyun 2008 09:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib. Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, siyasi məhbus anlayışı mövcud deyil və heç bir ölkədə siyasi məhbuslar yoxdur: “İbtidai istintaq və məhkəmə zamanı hüquqları pozulan hər bir insan bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Bizdə də bu mexanizmdən istifadə edənlər var. Azərbaycan üçün siyasi məhbus məsələsi həssas məsələdir. Bəzi beynəlxalq təşkilatlar bundan alver predmeti kimi istifadə etməyə cəhd göstərir. Bu məsələni bağlamaq lazımdır. Beynəlxalq təşkilatlara məsləhət görərdim ki, bu məsələdən Azərbaycan təzyiq kimi istifadə olunmasın. Adları siyasi məhbus siyahısında olanlardan iki məhbus İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məhkum edilib. Onların adının siyahıya düşməsi təəccüb doğurur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR