Bank Of Baku

Macarıstan Ombudsmanı: “Ramil Səfərov indiyədək yardım üçün Ombudsmana müraciət etməyib”

Macarıstan Ombudsmanı: “Ramil Səfərov indiyədək yardım üçün Ombudsmana müraciət etməyib”
# 18 iyun 2008 09:44 (UTC +04:00)
Onun sözlərinə görə, Budapeşt həbsxanasında cəza çəkən Ramil Səfərovun işi ilə şəxsən məşğul olmur: “Bu məsələ ilə Macarıstanın insan hüquqları üzrə Ombudsmanı məşğuldur. Bununla belə, Ombudsman Aparatının əməkdaşları Ramil Səfərovun məhkəməsində həmişə iştirak ediblər və hazırda da situasiyanın monitorinqini aparırlar. Ofis Ramil Səfərova yardım göstərilməsinə ciddi nəzarət edir, ona nə lazım olduğu ilə daim maraqlanır. Lakin Səfərov özü hələlik kömək üçün müraciət etməyib”. Atilla Peter qeyd edib ki, Ramil Səfərovun ekstradisiya edilib-edilməməsi ilə bağlı informasiyaya malik deyil. Qeyd edək ki, Macarıstanda dörd sahə üzrə - ətraf mühit, etnik azlıqlar, insan hüquqları və ümumi Ombudsman fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR