Bank Of Baku

Qazaxıstan ombudsmanı: “Azərbaycanlılar məhkum edilən zaman ölkələrimiz arasında dostluq münasibətləri nəzərə alınır”

Qazaxıstan ombudsmanı: “Azərbaycanlılar məhkum edilən zaman ölkələrimiz arasında dostluq münasibətləri nəzərə alınır”
# 18 iyun 2008 10:14 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Qazaxıstanda bu ölkənin sahil sularında həbs olunmuş bir neçə azərbaycanlı saxlanır. Bu barədə APA-ya Qazaxıstan ombudsmanı Askar Şakirov məlumat verib. Onun sözlərinə görə, soydaşlarımız Qazaxıstan ərazisinə qanunsuz şəkildə daxil olduqlarına görə saxlanılıblar və onların taleyi qanun çərçivəsində həll olunacaq. Askar Şakirov Ombudsman Aparatı əməkdaşlarının azərbaycanlı məhbuslarla mütəmadi əlaqə saxladıqlarını və onların xüsusi şikayətinin olmadığını deyib. Bununla belə ombudsman bildirib ki, Qazaxıstanda azərbaycanlılara məhkəmə qərarı ilə cəza verilən zaman iki ölkə arasında dostluq münasibətləri nəzərə alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR