Bank Of Baku

Mintimer Şaymiyev: “Tatarıstan-Azərbaycan əlaqələrinin inkişafına yeni impuls veriləcək”

Mintimer Şaymiyev: “Tatarıstan-Azərbaycan əlaqələrinin inkişafına yeni impuls veriləcək”
# 18 iyun 2008 10:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Biz Azərbaycanla əməkdaşlığa böyük önəm veririk. İqtisadi və mədəni sahədə əlaqələrimizi daha da genişləndirməli və dərinləşdirməliyik”. APA-nın Tatarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Tatarıstan prezidenti Mintimer Şaymiyev Kazanda Azərbaycanın baş naziri Artur Rasizədə ilə görüşündə deyib. O, vaxtilə Tatarıstanda neft yataqlarının işlənməsinə başlanarkən Azərbaycan neftçilərinin təcrübəsindən faydalandıqlarını xatırladıb və deyib ki, hazırda Tatarıstan neftçilərinin bir çox texnologiyalar üzrə öz kəşfləri var: “Köhnə yataqları istismar etmək üçün yüksək texnologiyalar lazımdır və bu sahədə iki respublika arasında qarşılıqlı faydalı təcrübə mübadiləsi aparıla bilər”. Görüşdən sonra M. Şaymiyev jurnalistlərə açıqlamasında bildirib ki, əvvəllər imzalanmış sazişlər əsasında Tatarıstan-Azərbaycan əlaqələrinin inkişafına yeni impuls vermək qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR