Bank Of Baku

Azərbaycan Sosial Rifah Partiyasının VI qurultayı keçirilib

Azərbaycan Sosial Rifah Partiyasının VI  qurultayı keçirilib
# 18 iyun 2008 10:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) VI qurultayı keçirilib. APA-nın məlumatına görə, partiya sədri Xanhüseyn Kazımlı hesabat xarakterli çıxış edib və partiyanın ölkədəki ictimai-siyasi həyatındakı rolundan danışıb. O, partiyanın dövlət və milli maraqlara xidmət etdiyini söyləyib. Sonra qurultaya dəvət edilən qonaqlar çıxış ediblər. Qurultayda partiyanın sədri, müavinləri, Ali Məclisi, Mərkəzi Nəzarət və Təftiş Komissiyasının tərkibi seçilib. Xanhüseyn Kazımlı açıq səsvermə yolu ilə partiyanın sədri seçilib. Prezident seçkisində ASRP-nın qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərinə dair çıxış edən X. Kazımlı bildirib ki, partiya 2003-cü ildə də olduğu kimi İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək. Onun sözlərinə görə, ASRP 2003-cü ildə keçirilən prezident seçkisində İ. Əliyevi dəstəkləməklə dövlətçilik maraqlarından çıxış edib. Sonra qurultayda 2008-ci ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyi irəli sürülməsi barədə təklif müzakirəyə çıxarılıb. X. Kazımlı deyib ki, seçkilərə rəsmi şəkildə start verilmədiyindən qurultayın bu şəkildə qərar qəbul etməsi Seçki Məcəlləsinin müvafiq müddəalarına zidd olar: “Yaxşı olar ki, İlham Əliyevin namizədliyi Ali Məclisin seçkiyə start verildikdən sonra rəsmi şəkildə irəli sürülsün. Qurultay isə İlham Əliyevin seçkidə dəstəklənməsi haqda təklifi qəbul etsin”. Partiya sədrinin bu təklifi səsvermə nəticəsində qurultay tərəfindən qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR