Bank Of Baku

Azərbaycan ombudsmanı prezident seçkilərində hər bir namizədə bərabər imkanın yaradılmasını istəyir

Azərbaycan ombudsmanı prezident seçkilərində hər bir namizədə bərabər imkanın yaradılmasını istəyir
# 18 iyun 2008 10:45 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Ombudsman olaraq əhalinin seçkilərdə aktiv iştirak etməsini, hər bir namizədə bərabər imkanın yaradılmasını, hər kəsin hüquqlarının müdafiə olunmasını, kənar müdaxilə olmadan ədalətli seçkilər keçirilməsini istəyirəm”. APA-nın xəbərinə görə, bu barədə Ombudsman Elmira Süleymanova bildirib. Jurnalistlərin suallarını cavablandıran ombudsman qeyd edib ki, Azərbaycan seçkilərlə bağlı tənqidlərə məruz qalırsa, bu o demək deyil ki, seçkilərlə bağlı təkmilləşmə yoxdur. E. Süleymanova ötən seçkilərdə qanun pozuntularına yol verən şəxslərin cəzalandırıldıqlarını xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR