Bank Of Baku

Londonda “Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Londonda “Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 18 iyun 2008 11:28 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İyunun 20-də Londonda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu (İİSS) və Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) təşkilatçılığı ilə “Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda beynəlxalq konfrans keçiriləcək. SAM-dan APA-ya verilən məlumata görə, konfransda Azərbaycandan Prezidenti İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər namizədi Elnur Aslanov, SAM-ın direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfiri Fəxrəddin Qurbanov, Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavini Azər Əmiraslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Tədbirə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose-Luis Herrero, İİSS-in baş direktoru Con Çipmən, LİNKS-in icraçı direktoru Dennis Sammut, EİU-İqtisadi Təhqiqat Mərkəzi, London İqtisadiyyat Məktəbi, NATO Parlament Assambleyası və digər beynəlxalq qurumların, biznes, maliyyə-bank təşkilatlarının, Böyük Britaniya hökumətinin nümayəndələri, ekspert və politoloqlar da qatılacaqlar. Konfransda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR