Bank Of Baku

Azərbaycan prezidenti Belarus Nümayəndələr Palatasının sədrini qəbul edib

Azərbaycan prezidenti Belarus Nümayəndələr Palatasının sədrini qəbul edib
# 18 iyun 2008 11:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Belarus Nümayəndələr Palatasının sədri Vadim Popovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, V. Popov iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını bildirib. O, ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, prezident İ. Əliyev əlaqələrin daha da inkişaf etdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə daha da genişləndiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR