Bank Of Baku

Əli Əhmədov: “Xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına yol verilməyəcək”

Əli Əhmədov: “Xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına yol verilməyəcək”
# 18 iyun 2008 12:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Təcrübə göstərir ki, kənardan müdaxilə ilə nə demokratiyanı inkişaf etdirmək, nə də ölkənin bu və ya digər sahəsindəki problemlərini həll etmək mümkün olub. Azərbaycanın inkişafı Heydər Əliyevin strategiyasına əsaslanır və xarici təsir, o cümlədən də dəstək Azərbaycanın inkişafında heç bir rol oynamır. Demokratiyanın inkişafı da xalqın daxili ehtiyaclarından qaynaqlanır. İstənilən halda isə kənardan dəstək çoxlu suallar yaradır”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, ABŞ hökumətinin Azərbaycanda keçiriləcək prezident seçkisi öncəsi ölkədə demokratiyanın dəstəklənməsi üçün 3,2 milyon ABŞ dolları ayıracağı ilə bağlı informasiya araşdırılıb. “Biz bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə söhbət aparmışıq və onlara öz suallarımızı ünvanlamışıq ki, ayrılan məbləğ hansı məqsədlər üçün istifadə ediləcək? Eyni zamanda hansı təşkilatlar bu məbləğdən istifadə etmək imkanına malik olacaqlar? Onlar isə Azərbaycanda bu və ya digər QHT-lərin layihələrini maliyyələşdirməklə demokratiyanın inkişafına dəstək vermək niyyətində olduqlarını deyiblər. Deyilənlərin nə qədər həqiqətəuyğun və səmimi olduğunu bilmirəm”. Ə. Əhmədovun sözlərinə görə, Azərbaycandakı siyasi layihələrə istənilən kənar maliyyə yardımı arzuolunmazdır. “Hər bir dövlət həm demokratiyanın, həm də həyatın digər sahələrinin inkişafı üçün daxili imkanlardan istifadə etsə, yaxşı olar. Ona görə ki, bütün məsələlər Azərbaycan vətəndaşları ilə bağlıdır və daxili resurslardan istifadə etməklə həyata keçirilməlidir. Təəssüf edirəm ki, bəzi QHT-lər xaricdən vəsaitlərin cəlb edilməsinə maraq göstərirlər. Bəzi hallarda bu maraq şübhəli şəkildə qavranılır”. Ə. Əhmədov bildirib ki, xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına imkan verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR