Bank Of Baku

Azərbaycanın hakim partiyasının sədr müavini: “YAP seçkidə qalib gəlmək üçün böyük resurslara malikdir”

Azərbaycanın hakim partiyasının sədr müavini: “YAP seçkidə qalib gəlmək üçün böyük resurslara malikdir”
# 18 iyun 2008 12:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyası seçkidə yüksək səviyyədə iştirak etmək üçün geniş miqyaslı işlər aparır. APA-nın məlumatına görə, YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, Seçki Məcəlləsinə edilən dəyişikliyə uyğun olaraq seçkiyə hazırlıq işini davam etdirilir: “Hazırlıqlar seçkiyə start verilənə kimi yekunlaşacaq və seçki kampaniyasına tam hazır olacağıq”. Onun sözlərinə görə, YAP seçkidə qalib gəlmək üçün böyük resurslara malikdir: “Bu, həm təşkilati, həm insani resurslardır. Bundan başqa, seçki kampaniyasına hazırlıqla bağlı YAP-ın böyük təcrübəsi var. Bütün bunlar, o cümlədən İlham Əliyevin cəmiyyətdə dəstəklənməsi seçkinin bizim üçün uğurunu təmin edəcək başlıca amil olacaq. İnanırıq ki, seçicilər 2008-ci ilin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək, bununla da ölkənin gələcək inkişafına səs vermiş olacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR