Bank Of Baku

Əli Kərimli: ““Azadlıq” blokunun prezident seçkilərini boykot etmək barədə qərarına yenidən baxmasından söhbət gedə bilməz”

Əli Kərimli: ““Azadlıq” blokunun prezident seçkilərini boykot etmək barədə qərarına yenidən baxmasından söhbət gedə bilməz”
# 18 iyun 2008 12:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ““Azadlıq” blokunun prezident seçkiləri ilə bağlı qərarını dəyişəcəyi haqda səslənən fikirlərin heç bir əsası yoxdur. Blokun öz qərarına yenidən baxmasından söhbət gedə bilməz”. APA-nın məlumatına görə, bunu “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, seçkilərin boykot olunması ilə bağlı Sədrlər Şurasının bəyanatı var və blokun Məclisinin iyulun əvvəlində keçiriləcək iclasında qərar rəsmiləşdiriləcək. Ə. Kərimli yalnız irəli sürdükləri tələblərin yerinə yetiriləcəyi halda, seçkiyə qatılacaqlarını vurğulayıb: “Nəzəri cəhətdən bu mümkündür. Seçki komissiyalarının tərkibi dəyişsə, sərbəst toplaşmaq azadlığı bərpa edilsə, partiyaların bərabər fəaliyyətinə imkan yaradılsa, partiyalara münasibət dəyişsə, televiziyalarda plüralizm təmin olunsa, seçkiyə getməkdən danışmaq olar. Tələblər yerinə yetiriləndən sonra niyə də getməyək!? Amma seçkiyə qalan müddət ərzində bu tələblərin yerinə yetirilməsi mümkün deyil”. Ə. Kərimli seçkilərin müxalifət tərəfindən hamılıqla boykot edilməsinin arzu edilən olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR