Ali Məclis sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq

Ali Məclis sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq
# 20 iyun 2025 12:05 (UTC +04:00)

Naxçıvan Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılmayacaq.

APA-nın xəbərin görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə dair 5-ci maddə Konstitusiyadan çıxarılacaq. Hazırda qüvvədə olan Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR