Bank Of Baku

Əfv Komissiyasının iclası keçirilib

Əfv Komissiyasının iclası keçirilib
# 27 fevral 2025 17:04 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün keçirilən iclasda komissiyaya daxil olan müraciətlər müzakirə olunub.

Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclası Prezident Administrasiyasının rəhbəri, Əfv Komissiyasının sədri Samir Nuriyev açıb: “İclasda 100-dən artıq müraciət müzakirə olundu. Bunlar əsasən ağır cinayətlər, qəsdən adam öldürməyə cəhd, oğurluq, digər cinayətlərdə ittiham olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə edildi və komissiya üzvləri tərəfindən münasibət bildirildi. Komissiya növbəti həftələrdə işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra müsbət rəy almış sənədlər ölkə Prezidentinə təqdim olunacaq. Qarşıdakı aylarda dövlət başçısının növbəti əfv sərəncamının şahidi olacağıq”.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR