Bank Of Baku

“Prezidentliyə namizəd olub-olmayacağım müzakirələrdən sonra müəyyənləşəcək”

“Prezidentliyə namizəd olub-olmayacağım müzakirələrdən sonra müəyyənləşəcək”
# 18 mart 2013 10:46 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Prezident seçkilərində namizəd olaraq iştirakıma dair yekun qərar hələ verilməyib. Kollegial müzakirələrin yekunu olaraq, qərarımızı açıqlayacağıq”.

 

Bu açıqlamanı APA-ya “El” Hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov verib.

 

E. Namazovun sözlərinə görə, ilk vaxtlardan bu proses və prezidentliyə namizədliyi ilə bağlı qərarın kollegial şəkildə verilməsinin tərəfdarı kimi çıxış edib: “Biz öz tərəfdarlarımız, müttəfiqlərimiz, ölkənin tanınmış ictimai siyasi xadimləri ilə məsləhətləşib, namizədliyimlə bağlı qərarı açıqlayacağıq. Hesab edirəm ki, bu qərar mütləq kollegial xarakter daşımalıdır. Yəni, namizədliyimin irəli sürülməsi nə mənim, nə də kiminsə şəxsi istəyi ilə reallaşa bilər”.  

 

E. Namazov namizədliyinin irəli sürülüb-sürülməməsi məsələsinin həm hərəkat çərçivəsində, həm də daha geniş şəkildə aparılan məsləhətləşmələrin yekunu olaraq reallaşacağını da qeyd edib.       

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR