Bakı. Etibar Məmmədov - APA. Ədalət Partiyası və Yaşıllar Partiyasının təmsil olunduğu “Vətən” blokunun prezident seçkilərində iştirakı ilə bağlı qərar avqust ayında açıqlanacaq. Bu barədə APA-ya açıqlamasında Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov deyib.
İ. İsmayılov bildirib ki, avqust ayında Ədalət Partiyasının qurultayı keçiriləcək və Yaşıllar Partiyasının da təmsil olunduğu “Vətən” blokunun 2013-cü il prezident seçkilərində iştirakı ilə bağlı məsələni qurultay müəyyən edəcək: “Blok yalnız seçki üçün istiqamətlənməyib, lakin ölkədə keçiriləcək seçkilərdə iştirakımız da istisna deyil. Bu məsələ partiyanın qurultayında müəyyənləşəcək”.