Bank Of Baku

Azərbaycanda “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu” adlı layihə həyata keçiriləcək - FOTO

 Azərbaycanda “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu” adlı layihə həyata keçiriləcək - <span style="color: red;">FOTO
# 16 mart 2013 10:01 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Avrasiya Beynəlxalq İnkişaf Asossasiyası, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birgə “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu” adlı layihə həyata keçirəcək.


APA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, eyni adlı layihə çərçivəsində Azərbaycanın 5 regionunda - Bakı, Lənkəran, Quba, Zaqatala və Şamaxı rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Layihənin rəhbəri və Avrasiya Beynəlxalq İnkişaf Assosasiyasının İcraçı direktoru Sevinc İskəndərova deyib ki, layihə 5 ay davam edəcək: “Layihənin məqsədi gənc qadınlara və qızlara istiqamətlənmiş təhsil fəaliyyətinin əhəmiyyətinin regionlardakı ictimaiyyətə, xüsusilə də dindar zümrəyə bir daha çatdırmaqdır”.

 

Onun sözlərinə görə, keçirilən tədbirlər zamanı erkən nikahın qarşısının alınması ilə bağlı maarifləndirmə işləri də aparılacaq: “Bölgələrdə dindən irəli gələn qaydalara daha çox əməl olunur, nəinki, qanunlara. Bu baxımdan layihə çərçivəsində qanunvericiliyin təbliği də xüsusi yer alacaq”.


Layihənin məqsədi haqda danışan digər çıxışçılar isə bildiriblər ki, bu istiqamətdə bölgələrdə keçirilən tədbirlərdə gənc qızların qeyri-formal təhsil fəaliyyətinə cəlb edilməsi, qadınlara ölkənin ictimai-siyasi həyatındakı və vətəndaş cəmiyyəti quruculuğu sahəsindəki hüquq və vəzifələrinin izah edilməsi, onların sosial məsələlərlə bağlı qərar qəbuletmə prosesində iştirakının gücləndirilməsi, İslamda ailə məsələlərinin sevgi və ədalət prinsipi üzərində qurulduğunu, eləcə də qadın və uşaqlara qarşı zorakılığın hər hansı bir dini istinadının olmadığını göstərmək kimi məsələlər qabardılacaq.

Layihənin yekun nəticəsi kimi Aktiv Qadınların Əməkdaşlıq Şəbəkəsi yaradılması da nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR