Bank Of Baku

İsrailin Tirat-Karmel şəhərində “Xocalıya ədalət” adlı fotosərgi açılıb

 İsrailin Tirat-Karmel şəhərində “Xocalıya ədalət” adlı fotosərgi açılıb
# 03 iyun 2013 08:29 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. İsrailin Tirat-Karmel şəhərində “Xocalıya ədalət” adlı fotosərgi açılıb. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycan-İsrail Assosiasiyasının Direktorlar Şurasının üzvü Şaul Siman-Tov iştirakçılara Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib.

 

Sərginin açılış mərasimində şəhər meri Arye Tal, diplomatik korpusun nümayəndələri, ictimai təşkilatların rəhbərləri, media təmsilçiləri iştirak ediblər.

 

Sərgi Heydər Əliyev Fondunun və STMEQİ beynəlxalq dağ yəhudiləri xeyriyyə fondunun dəstəyi ilə “Azİz” tərəfindən təşkil olunub. Fevralda bu ekspozisiya Tel-Əvivin “Beyt xa-Tfutsot” diaspora muzeyində də təmsil olunub.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR