Bank Of Baku

Millət vəkili Tahir Rzayev: “Qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı xüsusi sənədin qəbuluna ehtiyac var”

 Millət vəkili Tahir Rzayev: “Qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı xüsusi sənədin qəbuluna ehtiyac var”
# 12 fevral 2013 10:30 (UTC +04:00)

 

Bu barədə APA-ya Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib. Onun sözlərinə görə, bu, çox ciddi və mürəkkəb məsələ olduğundan problemin həllinə xüsusi yanaşma tələb edir: “Bu problem təxminən 500 min vətəndaşı əhatə edir. Bunun gələcəkdə ciddi sosial problem yaratmaması üçün xüsusi normativ sənədin qəbulu vacibdir. Bu gün qanunsuz tikililər kütləvi xarakter daşıdığından problemin həllinə ciddi ehtiyac var”.

 

Millət vəkili onu da deyib ki, ölkə başçısı da dəfələrlə bu məsələnin həlli və vətəndaşların probleminin həll olunması ilə bağlı tapşırıqlar verib: “Bu istiqamətdə iş gedir. Amma bu iş çox zəif aparılır və qaneedici deyil. Əgər bu gün müharibə başlasa və vətəndaşların hərbi səfərbərlik məsələsi ortaya çıxarsa, bu problem özünü açıq şəkildə büruzə verəcək. Eləcə də orada yaşayan şəxslərin orduya çağırılmasında problemlər yarana bilər. Çünki həmin evlərdə yaşayan vətəndaşların qeydiyyatı aparılmayıb. Belə vəziyyətin yaranmasında hər kəsin günahı var. O torpağı alan vətəndaşdan onu həmin vətəndaşa satan qurumadək hər kəs günahkardır. Ona görə də hamımız ittihamları kənara qoyub problemin həllinə nail olmalıyıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR