Bakı-APA. ABŞ-ın Konnektikut ştatında iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 60 nəfər çatıb. Bu barədə ştatın qubernatoru Dennel Mglloy məlumat verib. Daha öncə 30 nəfərin xəsarət aldığı bildirilirdi.
ABŞ-ın Konnektikut ştatında iki qatarın toqquşması nəticəsində ən azı 30 nəfər xəsarət alıb. Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.
Qatarlardan biri Feyrsfild - Bricport, digəri isə Nyu-Heyven - Nyu-York marşrutu ilə hərəkət edirmiş. Toqquşma zamanı qatarlardan biri relsdən çıxıb.
Hadisə Feyrsfild yaxınlığında baş verib. Həlak olan yoxdur.