Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar müxalifət partiyalarının rəhbərləri ilə görüşüb
# 21 noyabr 2012 13:51 (UTC +04:00)

 

APA-nın məlumatına görə, ABŞ səfirinin dəvəti ilə keçirilən görüş zamanı toplantıda müzakirə olunan məsələlərin detalları ilə mətbuata açıqlanmaması xahiş edilib.

 

Lakin əldə olunan məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi və prezident seçkiləri öncəsi ölkədəki mühit müzakirə mövzusu olub. Müxalifət nümayəndələri görüşdə ölkədəki iqtisadi vəziyyətə dair məsələlər haqda da danışıblar.

 

Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, “REAL” Vətəndaş Hərəkatın həmtəsisçisi Natiq Cəfərli, AMİP sədri Yusif Bağırzadə, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və Liberal Partiyanın sədri Əvəz Temirxan iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR