Bank Of Baku

ADP İdarə Heyətinin iclası keçirilib

ADP İdarə Heyətinin iclası keçirilib
# 03 dekabr 2012 13:47 (UTC +04:00)

 

Bakı. Aynur Qəniyeva - APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin iclası keçirilib. ADP-dən APA-ya verilən məlumata görə, iclasda Prezident Administrasiyasında yeni təyinatlara münasibət bildirilib.

 

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizə səfərini uğursuz hesab edilərək həmməruzəçilərin siyasi məhbus problemi ilə ciddi maraqlanmadığı təəssüflə qeyd olunub.

 

İclasda Avropa Komissiyasının prezidenti J.M.Barrozunun Ermənistan prezidenti ilə görüşü zamanı bəyanatını yüksək dəyərləndirilib. Qarabağ problemində hazırkı status-kvonun dəyişilməsinə və problemin ədalətli həllinə böyük töhfə verəcəyinə inam ifadə olunub. Fələstinin dövlətinin tanınmasının ədalətli addım olduğu və bunun Fələstin xalqının siyasi baxımdan birləşməsini təmin edəcəyinə əminlik bildirilib.

 

ADP İdarə Heyətinin iclasında 10  dekabr - Ümumdünya insan hüquqları günü münasibətilə bəyanat da qəbul edilib. ADP hakimiyyəti ölkədə insan hüquq və azadlıqları sahəsində vəziyyəti yaxşılaşdıracaq təcili addımlar atmağa, siyasi motivlərlə həbs olunmuş insanları – jurnalistləri, müxalifət və ictimai fəalları azad etməyə dəyişməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR