Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin iclası keçirilib.
ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Gürcüstanın yeni baş naziri V.İvanişvilinin Bakı-Tiflis-Qars dəmir yolu transmilli proyektinin reallaşmasını şübhə altına salan bəyanatından narahatlıq bildirilib. Bu layihədə iştirak edən ölkə rəhbərləri dövlətlər arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsinə səylər göstərməyə çağırılıb.
İdarə Heyəti üzvləri yeni yaradılan Pirallahı rayonu ilə bağlı məsələni müzakirə edib və dövlət büdcəsindən maliyyələşən icra strukturlarının genişləndirilməsini pisləyiblər.
İclasda ölkədə qışa hazırlıqla bağlı vəziyyət də müzakirə olunub. İdarə Heyəti Bakı Şəhər İcra Hakimiyyətini neqativ halların aradan qaldırılması üçün fəaliyyətini genişləndirməyə çağırılıb.