Bank Of Baku

ADP İdarə Heyətinin iclası keçirilib

ADP İdarə Heyətinin iclası keçirilib
# 04 fevral 2013 15:01 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin  toplantısı keçirilib.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyəti “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı və Sərhədsiz Reportyorlar Birliyinin son bir ildə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair hazırladığı hesabatlara münasibət bildirib. Qurum üzvləri Almaniya parlamentinin deputatı K. Reyçin Bundestaqda Xocalı aeroportunun istifadəyə verilməsinin beynəlxalq hüquqa zidd olması və Ermənistan qoşunlarının Dağlıq Qarabağdan geri çəkilməsinin vacibliyi ilə qaldırdığı məsələlərə münasibət bildirib və onun bu təşəbbüsünü alqışlayıb.

 

İdarə Heyəti üzvləri Ermənistanda prezidentliyə namizədliyi irəli sürülən və hələ uzun illərdən öncə öz çıxışlarında iki xalq arasında ədavətin qızışdırılmasının əsas müəllifinin SSRİ rəhbərliyi olduğunu dilə gətirən P. Hayrikyana sui-qəsd edilməsini bu ölkədə siyasi terrorun artıq ənənə halı alması baxımından pisləyib.

 

İdarə Heyəti üzvləri “Binə” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində vətəndaşlara dəyən maddi ziyanların dövlət tərəfindən kompensasiya edilməsinin də zəruriliyini də vurğulayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR