Bu barədə APA-ya AMİP baş katibi Arzuxan Əlizadə məlumat verib.
Onun sözlərinə görə, AMİP-in Milli Şurada iştirak məsələsi partiyada uzun müddət müzakirə olunub və hələlik Milli Şura ilə bağlı partiyanı maraqlandıran məsələlər həllini tapmadığı üçün bu quruma qoşulmayacaq: “Milli Şuraya hələlik qoşulmaq fikrində deyilik. Çünki bizi maraqlandıran bəzi sualların – Milli Şuranın fəaliyyəti, namizəd məsələsinin cavabı aydın deyil. Ona görə də çox böyük ehtimalla AMİP Milli Şurada iştirak etməyəcək”.
Qeyd edək ki, sabah Milli Şuranın təsis konfransı keçiriləcək və konfransda Milli Şuranın tərkibi açıqlanacaq.