Bank Of Baku

AMİP seçki hazırlıqlarına start verib

AMİP seçki hazırlıqlarına start verib
# 08 aprel 2013 12:30 (UTC +04:00)

Bakı-APA. AMİP və İsveçin Moderat Partiyasının birgə təşkilatçılığı  ilə keçirilən “Seçki öncəsi fəaliyyətin əsas hədəfləri” mövzusunda keçirilən konfrans başa çatıb. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər biri bir gün olmaqla Bakı və rayon təşkilat sədrlərinin iştirakı, həmçinin AMİP Gənclər Təşkilatı üzvlərinin iştirakı ilə keçirilən konfransda AMİP rəhbərliyi ilə yanaşı İsveçin hakim partiya nümayəndələri parlamentinin deputatı xanım Sesilia Brink, Jarl Hjalmarson Fonudunun layihə meneceri cənab Conatan Olsson, Linköpinq şəhər merinin müavini Kristian Qustavson, İsveç Baş naziri kabinetinin planlaşdırma rəhbəri cənab Kristofer Tamsons iştirak ediblər.


Qonaqlar İsveç təcrübəsindən çıxış edərək “Seçki ilində partiya üçün uğurlu daxili strukturun qurulması”, “Siyasi dəstəyi qazanmağın yolları”, “Seçki mesajının hazırlanması”, “Gənclər təşkilatına istedadlı gənclərin cəlb olunması”, “Gənclərin seçki öncəsi fəaliyyətinin əsas hədəfləri” mövzularında məruzələrlə çıxış ediblər. Mövzularla əlaqədar keçirilən panel müzakirələrdə AMİP fəalları seçkilərə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR