Bakı-APA. Argentinanın paytaxtı Buenos Ayresin yaxınlığındakı La Plata şəhərində baş vermiş daşqın nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Buenos Ayres vilayətinin qubernatoru Daniel Stsioli açıqlamasında bəyan edib.
Daşqın zonasında axtarış-xilasetmə işləri davam edir, mindən çox adam təxliyə edilib. Qubernator qeyd edib ki, təbii fəlakət zonasında su artıq çəkilməyə başlayıb və sakinlər evlərinə qayıdır. Buna baxmayaraq, 13 min ev indiyədək işıqsız qalıb.
Qubernator qeyd edib daşqından zərər çəkənlərə hökumət hər birinə 9,9 illik faizlə 4 il müddətinə 50 min peso (10 min dollara yaxın) suda və subsidiyalar ayıracaq.
Son 2 gün ərzində davam edən daşqın nəticəsində ən azı 57 nəfər ölüb, 6 nəfər ölkənin paytaxtında təbii fəlakətin qurbanı olub. Ölkədə ümummilli matəm elan olunub.