Bank Of Baku

Arif Hacılı: “Artıq doqquz partiya İsa Qəmbərin namizədliyini müdafiə edəcəyi bildirib”

Arif Hacılı: “Artıq doqquz partiya İsa Qəmbərin namizədliyini müdafiə edəcəyi bildirib”
# 08 fevral 2013 09:38 (UTC +04:00)

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, hələlik kifayət qədər ciddi resursa malik olan bəzi siyasi təşkilatlar gözləmə mövqeyindədir, seçkidə iştirak edib-etməmək barədə konkret qərar verməyiblər: “Müsavat Partiyası isə bu təşkilatların resurslarının da ümumi siyasi prosesdə iştirakına ümid bəsləyir. Ancaq ən böyük siyasi resurs cəmiyyətin və xalqın özüdür”.

 

O qeyd edib ki, hazırda təmsil etdiyi partiya cəmiyyətin narazı elektoratının İsa Qəmbərin ətrafında birləşməsinə nail olmağa çalışır.

 

A. Hacılının sözlərinə görə, Müsavat Partiyası həm partiyaların, həm də cəmiyyətin vahid mövqedən çıxış etməsi məsələsinə önəm verir: “Ancaq hesab edirik ki, cəmiyyətin bir namizəd ətrafında vahid mövqedən çıxış etməsinə nail olmaq daha vacibdir”.

 

A. Hacılı partiyanın seçkilərə hazırlığından da danışıb: “Müsavat başqanı İsa Qəmbərin seçki qərargahının funksiyasını hələlik partiyanın Mərkəzi İcra Aparatı həyata keçirir. Eyni zamanda Mərkəzi İcra Aparatında Seçki Departamenti də var. Bir sıra hazırlıq işlərini texniki və nəzəri məsələləri bu departament reallaşdırır. Vaxtı gələndə seçki qərargahı da yaradılacaq. Partiyanın bütün strukturları seçkilərə hazırlıqla bağlı Mərkəzi İcra Aparatı tərəfindən verilən tapşırıqları yerinə yetirməkdədirlər. Yaxın vaxtlarda isə daha yığcam seçki strukturunun yaradılması planlaşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR