Bank Of Baku

Arzuxan Əlizadə: “Ola bilər ki, AMİP seçkidə öz namizədi ilə iştirak etsin, ya da Milli Şuranın namizədini dəstəkləsin”

Arzuxan Əlizadə: “Ola bilər ki, AMİP seçkidə öz namizədi ilə iştirak etsin, ya da Milli Şuranın namizədini dəstəkləsin”
# 11 iyul 2013 09:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) iyul ayında keçirilməsi nəzərdə tutulan qurultayının vaxtı dəyişdirilib. Bu barədə APA-ya AMİP-in  baş katibi Arzuxan Əlizadə məlumat verib.

 

Onun sözlərinə görə, 2013-cü il prezident seçkiləri ili olduğu üçün AMİP bütün qüvvəsini qurultaya sərf etmək fikrindən imtina edib. AMİP baş katibi qurultayın prezident seçkilərindən sonra keçiriləcəyini bildirib. 

 

A.Əlizadə AMİP-in prezident seçkilərində namizədlə iştirak etmək məsələsinə də toxunub. O qeyd edib ki, bu məsələ partiyada müzakirə olunur: “Ola bilər ki, partiya öz namizədi ilə iştirak etsin, ya da Milli Şuranın vahid namizədini dəstəkləsin”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR