Bank Of Baku

Asəf Quliyev: “İndidən prezidentliyə namizədliyin açıqlanması düzgün deyil”

Asəf Quliyev: “İndidən prezidentliyə namizədliyin açıqlanması düzgün deyil”
# 23 noyabr 2012 14:50 (UTC +04:00)

 

 

Bakı. Ramil Məmmədli - APA. “Hakimiyyət uğrunda gedən mübarizədə müxalifət son 20 ildə etdiyi səfləri yenə təkrar etməyin astanasındadır. Müxalifət son 20 ildə qarşılaşdığımız uğursuzluqları analiz etməli və qalib gəlməyin yollarını müəyyənləşdirməlidir”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Asəf Quliyev deyib.

 

A.Quliyev bildirib ki, belə tez bir zamanda prezidentliyə namizədliyin açıqlanması səhvlərin təkrarı kimi dəyərləndirilir: “Seçkiyə uzun müddət qalır. İndidən namizədliyin açıqlanması düzgün deyil. Əlbəttə, hər partiyanın öz mövqeyi var. Lakin Müsavat Partiyası və AXCP eyni qurumda təmsil olunur. Fikrimcə, ölkədəki əsas siyasi qüvvələrin bir araya gəlməsinə nail olmalıyıq. Bundan sonra namizəd məsələsi müzakirə olunmalıdır”.

 

A.Quliyev qeyd edib ki, Müsavat Partiyasının başqanı  İsa Qəmbər öz namizədliyini açıqlasa da, partiya bu məsələdə öz mövqeyini bildirməyib: “Mart ayına qədər gözləmə mövqeyi tutulmalı və paralel olaraq işlərimizi davam etdirməliyik”.

 

Onun sözlərinə görə, həmin vaxt namizəd olmaq istəyənlərin reytinqi müəyyənləşməli və seçkidə iştirak edəcək şəxsin kimliyi açıqlanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR