Bank Of Baku

Asəf Quliyev: “Müsavat Partiyasının Seçki Qərargahının yaradılması təhlükəli hal deyil”

Asəf Quliyev: “Müsavat Partiyasının Seçki Qərargahının yaradılması təhlükəli hal deyil”
# 09 aprel 2013 13:30 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Partiyanın prezident seçkiləri ilə bağlı prinsiplərində dəyişiklik ola bilər”. Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Asəf Quliyev verib.

 

O deyib ki, AXCP müxalifətin birliyinə inandığından, tələskənliyə yol vermək istəmir: “Hələ ki, AXCP müxalifətin birliyi və inteqrasiyası strategiyasından çəkilməməkdə israrlıdır. AXCP Ziyalılar Forumu və “EL” Hərəkatının, həmçinin siyasi partiya və ictimai təşkilatların bir mövqedən çıxış etməsinə nail olmaq istəyir. Mövqeyimizdə may ayına qədər dəyişiklik olmayacaq. Ünvanlanan bütün suallara həmin vaxt aydınlıq gətiriləcək”.

 

A.Quliyev bildirib ki, Müsavat Partiyasının Seçki Qərargahının yaradılması təhlükəli hal deyil: “Güman edirik ki, birlik məsələsi reallaşdıqca, Müsavat Partiyası da mövqeyini müəyyənləşdirəcək. Hər bir halda Müsavat Partiyasının Seçki Qərargahı yaratması maneə deyil və bu məsələyə İctimai Palatanın əsasnaməsi də məhdudiyyət qoymur”.

 

O, AXCP-nin Milli Şura ilə bağlı mövqeyinə də aydınlıq gətirib və deyib ki, bu qurumun formalaşması təmsil etdiyi partiyanın maraqlarına uyğundur: “Lakin danışıqların mətbuata açıqlanmamasına dair razılaşma var və onu pozmaq istəmirəm”.       

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR