Bank Of Baku

ATƏT sədri Azərbaycanda siyasi partiya rəhbərləri ilə görüşüb

ATƏT sədri Azərbaycanda siyasi partiya rəhbərləri ilə görüşüb
# 08 iyul 2013 15:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycandakı siyasi partiya rəhbərləri ilə görüşüb. ALP sədri Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Azərbaycanda keçiriləcək prezident seçkiləri, seçkilərdə müxalifətin də iştirakı ilə komissiyaların tərkibinin müəyyənləşməsi və digər mövzularda müzakirələr aparılıb. 

 

Görüşdə YAP-ın icra katibi Əli Əhmədov, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Xalq Partiyasının sədri Pənah Hüseyn, DİP sədri Asim Mollazadə, VHP, BQP və Sosial Rifah Partiyasının təmsilçiləri iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR